Neftin qiyməti 40 dollara düşdü
Dünya bazarında neftin ucuzlaşması davam edir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar azalaraq 40,19 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar azalaraq 42,59 dollar olub.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti də 1,06 dollar və yaxud 2,34% ucuzlaşıb.
İndi “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 44,25 dollara bərabər olub.