Neftin qiyməti qalxdı
Brent markalı neftin qiyməti qalxıb.
Bu haqda məlumatı “gazeta” saytı yayıb.
Məlumata görə, Londonun İCE birjasında bu gün səhər tezdən Brent markalı neftin bir barelinin qiyməti 0.22 faiz qalxaraq 62.82 dollar olub.
WTI markalı neftin qiymətində də bahalaşma qeydə alınıb.
Nyu-York birjasında bu markadan olan neftin qiyməti 0.14 faiz çoxalaraq 56.24 təşkil edib.