!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Nəhayət ki, İlhamə xanım öz günahını anladı”

!Reklam – Yazi

AzNews.az_ilhame_elza5Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan Xalq artisti İlhamə Quliyevanın ona qarşı qaldırdığı yarım milyonluq cərimə tələbinə münasibət bildirib.

O, açıqlamasında deyib ki, əslində belə absurd iddia İlhamə Quliyevanın öz-özünü məhkəməyə verməsi anlamına gəlir: “Mən bunu alqışlayıram. Belə bir hadisəylə həyatımda ilk dəfədir ki, qarşılaşıram. Görürəm ki, insan öz günahlarını etiraf edib öz-özünü məhkəməyə verib. Bu böyüklük əlamətidir. Nəhayət ki, İlhamə xanım öz günahını anladı”.

E.Seyidcahan vurğulayıb ki, İ.Quliyeva ilə onun arasında yaşananlar xalqın, mətbuatın gözü qarşısında baş verib: “İnsanlardan bir xahişim var, heç bir zaman öz millətimizi pisləməyin. Biz haqqı nahaqqa verməyən millətik. Bu davadan sonra gördüm ki, insanlarımız haqqın tərəfindədir. Onlar sosial şəbəkədə öz sözlərini deyir. Məhkəmə nə deməkdir? Qanun və düzlük. Əgər insan qəlbində düzdürsə, deməli qanun tərəfdarıdır. Məhkəmə insanın özüdür – mən bunu düz edirəm, ya yox. İkinci məhkəmə isə Allahdır. Allah sənin bütün günahlarını görür. Amma görəndə ki, insan öz əndazəsindən çıxıb, günahlarını görmür, onda əlac qalır qanuna”.

Bu günə kimi heç bir kəsi təhqir etmədiyini deyən bəstəkar xalq qarşısında baş əydiyini söyləyib: “Paxıllıq etməmişəm, hər zaman sadə olmuşam. Sadəlik axmaqlıq demək deyil”.

E.Seyidcahan İlhamə Quliyevanın Azərbaycan Yazıçılar Birliyinin sədri Anara ünvanladığı müraciət məktubu barədə də fikirlərini bildirib: “Mən Yazıçılar İttifaqının üzvü deyiləm. İnşallah, gələcəkdə olaram. Şeir yazıram. Anar deyəcək ki, şeir yazma? Anar müəllimə ünvanlanan müraciəti onda qəbul edərdim ki, onu İlhamə Quliyeva deyil, böyük Şəhriyar, Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Ramiz Rövşən etsəydi. Anara dərin hörmətim var. Yaradıcılıq azaddır”.

E.Seyidcahan hesab edir ki, İlhamə Qulyevə ona dediyi sözlərə görə xalq qarşısında cavab verməlidir: “Başıma qoyduğum məşəli qəlyan adlandıran Xalq artisti xalqımızın gözü qarşısında cavab verməlidir. İlhamə Quliyeva çox böhtanlar edir, amma bunun bir sonu olmalıdır. İnanıram ki, qanun öz sözünü deyəcək”.

Qeyd edək ki, İ.Quliyeva E.Seyidcahanın parlament seçkilərində iştirak edəcəyini eşidəndə onu meymun adlandırıb. E.Seyidcahan isə “Ağıl yaşda yox, başdadır. Azərbaycan bayrağını təhqir edən, məşəli qəlyan adlandıran birini məhkəməyə vermək lazımdır. Mən Şöhrət ordenli “şərəfsiz” olmayacağam”-deyə bildirib. Bundan əsəbiləşən İ.Quliyeva isə bəstəkara qarşı məhkəmə açaraq ondan yarım milyon təzminat tələb edəcəyini deyib(aznews).

www.yenicag.az

680
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv