Nemtsovun qətlinə səbəb olan 15 milyon

media-hightechnic-468x90

84928Rusiya müxalifət lideri Boris Nemtsovu qətlə yetirmək üçün 15 milyon rubl (277 min 500 manat) təklif edilib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bu barədə Nemtsov ailəsinin vəkili Vadim Poxorov açıqlama verib.

Onun sözlərinə görə, qatillər vəd edilən məbləğin bir hissəsini alıblar.

Poxorov bu barədə ətraflı danışmasa da bildirib ki, 277 500 AZN-nin bir hissəsi qatillərin hesabına köçürülüb.

Mətbuatda gedən bəzi məlumatlara görə, qatillər Nemtsovu öldürməkdən ötrü silah almaq üçün vəd edilən məbləğin bir hissəsini avans olaraq götürüblər.

Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də axşam Moskvanın mərkəzində, Böyük Moskva çayı körpüsündə vurulub. Qətllə bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb, istintaq gedir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600