Nərmin qızının “Ford MK 2” avtobusuna zərər verməsi ilə bağlı açıqlama verdi: “Məsuliyyəti daşımağa hazırıq”

media-hightechnic-468x90

Tanınmış müğənni Nərmin Kərimbəyova, sosial şəbəkələrdə yayılan video və müzakirələrə cavab olaraq, övladının “Ford MK 2” tipli avtobusa zərər vurması ilə bağlı rəsmi açıqlama verib.

Yenicag.az xəbər verir ki, Nərmin Kərimbəyova bildirib ki, bir neçə gün əvvəl qızı ona, məhəllədəki istifadə olunmayan bir furqon haqqında məlumat verib. Qızının bildirdiyinə görə, furqonun üzərində təhqiramiz yazılar olub və o, sadəcə olaraq bu yazılarla üzləşərək, içərisində şəkillər çəkib. Müğənni əlavə edib ki, qızı avtobusa heç bir fiziki zərər verməyib, yalnız orada rəsmlər çəkib.

“Uşaq mənə məlumat verdi və bu haqda təxminən 1 həftə əvvəl danışmışdıq. Mən də yoxladım və gördüm ki, maşın köhnədir, istifadəsizdir. Qızım sadəcə çəkiliş edib, bir zərər verməyib,” – deyə Nərmin Kərimbəyova açıqlamasında qeyd edib.

Hadisənin sonrakı gedişatında isə, polis əməkdaşları hadisə ilə bağlı ailə ilə əlaqə saxlayıblar və qızı ilə görüşüblər. Müğənni bildirib ki, polislər uşağa əlavə suallar verib və şikayətçi tərəfindən ərizə yazmağı təklif ediblər. O, bu məsələnin ailə içində həll edilməli olduğunu düşündüyünü və hər hansı bir təzminat tələb olunarsa, övladının səhvini qəbul etdiyini və məsuliyyəti daşımağa hazır olduqlarını bildirib.

Eyni zamanda, tanınmış fotoqraf Kelvin Qasımov da özünəməxsus “Ford MK 2” avtobusunun yararsız hala salınması ilə bağlı sosial mediada paylaşım edib. O, iddia edib ki, avtobusun üzərindəki təhqiramiz yazıları qızı çəkib və bunun nəticəsində avtobus zərər görüb. Fotoqraf, həmçinin, bu maşının ölkədə tək olduğunu vurğulayıb.

Müğənni Nərmin Kərimbəyova qeyd edib ki, məsələni sülh yolu ilə həll etməyə çalışacaq və hər hansı bir narazılıq olsa, əlaqə saxlanmasını istəyib. O, həmçinin bildirib ki, haqqında yayılan təhqiramiz şərhləri görsə də, bu məsələnin müzakirə edilməsi üçün hüquqi yolları seçməyib.

“Biz heç vaxt uşağımın etdiklərini təkzib etmədik, amma bu cür məsələləri hər zaman daha düzgün və insana yaraşan şəkildə həll etmək lazımdır,” – deyə Nərmin Kərimbəyova əlavə edib.

Hazırda hadisə ilə bağlı hüquqi proseslər davam edir və müğənni məsələni qarşı tərəflə razılığa gələrək sülh yolu ilə həll etməyə çalışacağını vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600