!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nəsib Nur: “Xanımım mənə dözür”

!Reklam – Yazi

Tanınmış aparıcı Nəsib Nurun Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Sizcə, hansı xüsusiyyətiniz sizi tamaşaçıya sevdirir?

– Həyatda necə enerjili, səmimiyəmsə, səhnədə və efirdə də eləyəm. Bir də kəmiyyətə yox, hər zaman keyfiyyətə önəm vermişəm.

– Bəzi aparıcılar var ki, tamaşaçıda qıcıq doğurur. Nə vaxtsa özünüzə qarşı belə halın şahidi olmusuz?

– Mən bu mövzulara fikir bildirmək istəmirəm. Çünki zövqlər müxtəlifdir. Kitabxanaya gedən hər bir insan, öz həyat tərzi, düşüncəsi, intellektinə uyğun kitab seçir və oxuyur. Hər tamaşaçının da seçdiyi, sevdiyi və nəyə görəsə bəyəndiyi aparıclar olub. Buna görə heç kimi ittiham etmək olmaz. Heç kimi də buna görə qınamıram.

– Teleməkanda özünüzə rəqib görürsünüz?

– Hər meyvənin öz dadı olduğu kimi, hərənin də öz izləyicisi var. Hər kəsin ruzisi o qədər bol olsun ki, başqasında gözü olmasın. Xarizmatik görünməyə çalışmıram. Sadə, rahat insanam. Ulduz xəstəliyim də yoxdur. Azərbaycan kişisi necə olmalıdırsa, eləyəm.

– Xarici görünüşünüz də 180 dərəcə dəyişib. Xeyli arıqlamısız. Buna necə nail oldunuz?

– Sağlam bədəndə sağlam ruh olar.

– Yəni buna asanlıqla nail olmadınız?

– Yox, tam rahatlıqla nail oldum. Pis vərdişlərə də son qoydum. Gündə 3 qutu siqaret çəkirdim. İndi siqareti də atmışam.

– Pul sizin üçün əl çirkidir?

– Pul sadəcə, bir vasitədir. Pul səni qazanmamalıdır. Sən pulu qazanırsan ki, həyatına rahatlıq gətirsin. Adamlar var ki, pula görə əhval-ruhiyyəsi dəyişir. Pul həyata rəng qatır, amma insanın ruhunu nizamlamır. Əsas odur ki, az və çoxluğundan asılı olmayaraq, sənin insanlara və insanların sənə münasibəti dəyişməsin.

– Həmişə brend geyinirsiniz?

– Yox, mənim üçün əsas geyimin rahat olmasıdır, ucuzu-bahası önəmli deyil.

– Qarderobda kostyumlara üstünlük verirsiniz, yoxsa idman geyimlərinə?

– Geyimdə hansısa elementin vurğunu deyiləm. Mən kostyumları yalnız tədbirlərə geyinirəm. Qalan vaxtlar rahat geyimlərdə oluram.

– Sizə parfüm xəstəsi demək olar?

– Gözəl ətir, gözəl xasiyyət, gözəl gülüş – sağlam münasibətləri formalaşdırır. İşdə üç, avtomobilimdə 4-5 parfüm olur. Evdə də xeyli sayda ətirlərim var.

– Bəs gözəl qadınlar?

– Bir var məhvedici, bir də var yaşadan gözəlliklər… Yaşadan gözəlliklərə üstünlük verməliyik.

– Xanımların diqqətini üzərinizdə hiss edirsinizmi?

– Qadınların diqqəti üzərimdə ola bilər. Heç vaxt Don Juan obrazım olmayıb. Səmimi, içdən dost olan bir Nəsibəm. Məni tanıyanlar da bilir, xanım dostlarım da var, bəy dostlarım da.

– Yəni bu dostluq sevgi mərhələsinə keçmir?

– Üç uşaq atasıyam (gülür).

– Xanımınız sizə dözür, yoxsa əksinə?

– O mənə dözür. Həyat tərzimiz elədir ki, uşaqlar həftələrlə üzümü görmür. Səhər çıxıb, gecə qayıdıram.

– Ən kaprizli cəhətiniz hansıdır?

– Hüzur və rahatlığı çox sevirəm. Hərdən səs-küy olanda, sakitlik arzulayıram.

– Evdə güzəştə kim gedir?

– İnsan işdə də, həyatda da güzəştə getməyi bacarmalıdır. Yaşayırıqsa, güzəşt mütləq olmalıdır. Cətinlikləri asanlaşdırmalısan, asanı çətinləşdirməməlisən – bu, hər kəsin həyat devizi olmalıdır.

– Həyat yoldaşınızı qısqanırsız?

– Gərək buna əsas olsun. Hər şey normada olanda gözəldir. Şirin qısqanclıqlar, şirin davalar ola bilər. Bu, normaldır.

Cəvahir
Foto:Camalə

 

COP29

www.yenicag.az

4627
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv