“Niyə görə hərbi vertolyot orada uçmalıdır?”

media-hightechnic-468x90

83374 (1)“Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və onu bütün mümkün üsullarla, həmçinin hərbi metodla da qoruyacağıq”.

Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ermənistana məxsus Mi-24 vertolyotunun vurulması ilə bağlı “Коммерсантъ FM”-n suallarını cavablandırarkən deyib:

“Bu barədə Azərbaycan dəfələrlə bəyan edib, bu, heç kəs üçün sirr deyil. Azərbaycan ərazisində təlim keçirmək lazım deyil. Bu ərazi Azərbaycanındır və bu bütün sonrakı hüquqi fəaliyyət üçün başlanğıc nöqtəsidir. Bizim kifayət qədər savadlı silahlı qüvvələrimiz var və biz öz ərazi bütövlüyümüzü qoruyacağıq. İşğalçı qoşunlar Azərbaycan ərazisini tərk edənə qədər təcavüzə qarşılıq hərəkət edəcəyik. Biz heç bir təhdiddən qorxmuruq. Qoy, Ermənistan indi öz durumunu düşünsün. Hesab edirəm ki, onun vəziyyətində çətin ki, kimisə nə iləsə təhdid etmək olar.

Mən Moskvadayam, bilirəm ki, bu gün nə baş verir. Azərbaycan çox narahat idi. XİN müvafiq bəyanat verdi ki, praktiki olaraq digər ölkə Azərbaycan ərazisində hərbi təlim keçirir. Əgər hər hansı vertolyot Rusiya sərhədini keçsəydi, siz bunu necə başa düşərdiniz? Hər ölkə öz sərhədlərini qoruyur. Bu tamamilə təbiidir. Bu ki sərnişin deyil, hərbi vertolyotdur. Niyə görə hərbi vertolyot orada uçmalıdır?”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600