Nüvə partlamasından sağ çıxacaq 5 ÖLKƏ
Yeni Zelandiyadan olan alimlər qlobal nüvə müharibəsindən sağ çıxa biləcək ölkələrin adlarını açıqlayıb.
Yenicag.az xəbər verir ki, Otaqo Universitetinin alimləri nüvə müharibəsi, asteroid düşməsi, güclü vulkan püskürməsi nəticəsində günəş işığının azalmasının kənd təsərrüfatına təsirini qiymətləndirib.
Rusiya ilə NATO arasında nüvə müharibəsi baş verərsə, atmosfer 150 teraqram his ilə çirklənə bilər. Bu, planetdə kənd təsərrüfatı istehsalını 80 faiz, Şimal yarımkürəsində isə 100 faiz azalda bilər.
Nüvə partlamasının dağıdıcı təsiri 5 ildən 10 ilə qədər davam edəcək.
Alimlər bildiririb ki, Yeni Zelandiya, Avstraliya, İslandiya, Vanuatu və Solomon adaları temperaturun və günəş işığının miqdarının azalmasına baxmayaraq müstəqil şəkildə kənd təsərrüfatı məhsulları istehsal edə biləcək. Bu, adı çəkilən ölkələrin nüvə partlamasından sağ çıxmaq və əhalini qidalandırmaq şansı olduğunu deməyə əsas verir.