!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“O adamı kimin və niyə danışdırdığını istintaq üzə çıxaracaq” – AKP-li deputatdan Sedat Peker AÇIQLAMASI

!Reklam – Yazi

“Öz işini vicdanla həyata keçirən hökumət üzvlərinə qarşı belə bir kampaniyanın aparılması təəssüf doğurur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında nüfuzlu mafiya lideri Sedat Pekerin artıq bir müddətdir, Türkiyənin daxili işlər naziri Süleyman Soyluya yönəlik davamlı ittihamlarına münasibət bildirən hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili Şamil Ayrım deyib.

AKP-li deputatın sözlərinə görə, mafiya liderinin nazirə qarşı bu hücumunun gerçək məqsədlərini istintaq üzə çıxaracaq:

“Əlbəttə ki, hazırda xaricdə olan həmin bəyin hökumətimizin ən layiqli, öz işini vicdanla həyata keçirən üzvlərinə qarşı belə bir kampaniyanın aparılması təəssüf doğurur.

Bildiyiniz kimi, hazırda onun çıxışları ilə əlaqədar istintaq aparılır. Fikrimcə, istintaqın yekununda hörmətli nazirimizə qarşı bu hücumun gerçək məqsədləri, o adamı kimin və niyə danışdırdığı üzə çıxarılacaq. İndiki halda bundan artıq nəsə söyləməyə ehtiyac yoxdur.

Məlumat üçün deyim ki, bu gün hörmətli Süleyman Soylu bu mövzuda növbəti açıqlama ilə çıxış edəcək. Hər halda, nazirin gözlənilən çıxışına baxaraq, sizi maraqlandıran əksər suala cavab tapa bilərsiniz”.

A.Zeynalov

www.yenicag.az

778
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv