!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"O pullar bir nəfərin cibinə axır" - Millət vəkili

!Reklam – Yazi

“Çox istərdim ki, restoranlardakı israfçılığa son qoyulsun”.

Bu sözləri Yenicag.az-a açıqlamasında deputat, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini Fəzail İbrahimli deyib. O, bəzi iaşə obyektlərində yaranan israfçılıq halları haqqında danışıb. Bildirib ki, bu məsələ ilə bağlı ciddi tədbirlər görülməli və inzibati qanunlara uyğun şəkildə müvafiq tədbirlər həyata keçirilməlidir:

“Qadağan olunmasını istədiyim o qədər şeylər var ki… İstərdim ki, restoranlardakı, yas yerlərindəki bədxərcliyə, talançılığa son qoyulsun. Buna görə öz etirazımı da bildirərdim. Məsələn, hər hansısa bir restoranda məclis keçirilir və orada bir masaya 50 nəfərlik yemək düzülür. Onun hamısı yeyilmir, süfrədə qalır və nəticədə, israfçılıq yaranır. Qazanılan pullar isə bir nəfərin cibinə axır. Məhz elə buna görə də bu cür məsələlər barədə işlər görülsə, çox yaxşı olardı.

İsrafçılıq ümumiyyətlə, yaxşı hal deyil. Bu istər İslam, istər dövlət qanunlarında, istərsə də mədəniyyət baxımından qəbulolunan hal deyil. Elə bu səbəbdən də sözügedən məsələlərin həlli yolunda görülən işlərə məmnuniyyət hissi ilə qatılardım”.

Elvin Paşazadə

COP29

www.yenicag.az

2129
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv