Obamadan İŞİD barədə qəti qərarı

media-hightechnic-468x90

46769ABŞ prezidenti Barak Obama Konqresə müraciət ünvanlayıb.

Yenicag.az xəbər verir ki, Obama Konqresdən tələb edir ki, İŞİD terrorçu qruplaşmasına qarşı ordudan istifadəyə icazə verilsin.

“Mən Konqresə İŞİD terrorçularının məhv edilməsi üçün hərtərəfli və uzunmüddətli strategiya planı göndərmişəm”, – deyə Barak Obama bildirib.

Obamanın göndərdiyi sənəddə nəzərdə tutulub ki, İŞİD-ə qarşı ABŞ ordusu tərəfindən həyata keçiriləcək hərbi əməliyyatlar 3 il davam edəcək.

Konqresdə isə məsələ ilə bağlı fikir ayrılığı hökm sürür. Belə ki, demokratların böyük hissəsi hesab edir ki, sənəd qəbul edilsə Yaxın Şərqdə yeni müharibə başlayacaq. Respublikaçılar isə İŞİD-ə qarşı ordudan istifadəni dəstəkləyirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600