Obamanı təhqir etdi

media-hightechnic-468x90

82640Kim Çen In Amerika ilə dialoq aparmaq niyyətində deyil.
Yenicag.az bildirir ki, Şimali Koreyada keçirilən növbəti hərbi təlimlər zamanı ölkə rəhbəri sərt bəyanatlar verib.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) prezidenti Kim Çen In həm də bildirib ki, Koreya istənilən müharibəyə, hətta nüvə müharibəsinə belə hazırdır.

Şimali Koreya lideri hərbi təlimlərdəki çıxışı zamanı Amerikaya qarşı sərt ifadələr işlətməkdən çəkinməyib. “Bizim quduz itlərlə danışıqlar masası arxasında oturmaq niyyətimiz yoxdur. Biz istər adi silahla, istərsə də nüvə silahı vasitəsi ilə istənilən müharibəyə cavab verməyə hazırıq”- deyən Kim Çen In ABŞ prezidentini təhqir edib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Barak Obama amerikalılara Şimali Koreya rejiminin süqut edəcəyinə söz vermişdi. Bundan sonra KXDR-in Daxili İşər Nazirliyi nümayəndəsi Obamanın bu sözlərini “bəxti gətirməyənin miskin donqultusu” adlandırmışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600