ABŞ-ın sabiq prezidenti Barak Obamanın hakimiyyətdə olduğu son bir il lentə alınıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın hakimiyyətinin son bir ili barədə “The Final Year” (“Yekun il”) adlı sənədli film çəkilib.
Filmdə, xüsusilə, Obamanın xarici siyasətdə aldığı qərarlara nəzər yetirilir. Həmçinin onun özündən sonra necə bir Amerika qoyub getdiyi diqqətə çatdırılır.
Böyük maraqla gözlənilən filmin premyerası 19 yanvar 2018-ci ildə baş tutacaq.
www.yenicag.az