Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq halları kəskin artıb

media-hightechnic-468x90

Bu ilin I rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 350,5 min manatlıq 4 995 fırıldaqçılıq halı baş verib.

Yenicag.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü lə müqayisədə müvafiq olaraq 3,1 dəfə çox və 5 dəfə çoxdur.

Hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının isə dəyəri 73,1 % artaraq 325,3 min manat olub, fırıldaqçılıq hallarının sayı isə 64,1 % artaraq 6 020-a çatıb.

I rübdə ölkədaxili baş vermiş fırıldaqçılığın 21,4 %-i hesabın ələ keçirilməsi (47,4 faiz bəndi az), 78,6 %-i digər hallarla (47,4 faiz bəndi çox), ölkəxarici fırıldaqçılıq hallarının isə 60,2 %-i kartın fiziki iştirakı olmadan (20,4 faiz bəndi az), 39,8 %-i digər hallarla (20,4 faiz bəndi çox) bağlı olub.

Yanvar-mart aylarında ölkədaxili fırıldaqçılığın 98,3 %-i (1,4 faiz bəndi çox) elektron ticarət və mobil tətbiq üzərindən, 1,7 %-i (1,4 faiz bəndi az) isə digər hallarda, ölkəxarici fırıldaqçılığın isə 80,6 %-i (9,2 faiz bəndi az) elektron ticarət və mobil tətbiq üzərindən, 19,4 %-i (9,2 faiz bəndi çox) isə digər hallarda baş verib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05