Oğlanlardan ibarət basketbol millimız Ermənistana qalib gəldi

Azərbaycan basketbol millisi Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən Avropa çempionatının “C” divizionunda son qrup oyununa çıxıb.

Yenıcag.az xəbər verir ki, B qrupunda qərarlaşmış yığmamızın rəqibi Ermənistan seçməsi olub. Görüş milli komandanın 76-69 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın ən məhsuldar basketbolçusu Azərbaycan kollektivinin üzvü Derin Berköz (18 xal, 5 asist) seçilib. Yığma bu qələbədən sonra qrup lideri olaraq yarımfinala vəsiqə qazanıb.

COP29