Oğlu həbs edilən icra başçısının müavini danışdı

media-hightechnic-468x90

6E6A4B2B-4E7B-4937-B62B-5C6D8CF8ACFF_mw1024_s_nfZərdab rayon icra başçısının birinci müavini Allahverdi Səfərov oğlu Ceyhun Səfərovun polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanıldığı və 5 sutkadan sonra azad edildiyi xəbərinə münasibət bildirib.

O,açıqlamasında bu hadisənin martın 23-də olduğunu deyib.

“Oğlum idarə etdiyi avtomobildə içkili vəziyyətdə olub. Buna görə də qanunvericiliyə uyğun olaraq cəzalandırılıb. Burada qeyri-adi heç nə yoxdur. Həbsdən azad edilib, hazırda evdədir”, – deyə Allahverdi Səfərov vurğulayıb.

Qeyd edək ki, Zərdab rayon icra başçısının birinci müavini Allahverdi Səfərovun oğlu Ceyhun Səfərov polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb. Sükan arxasında içkili vəziyyətdə olan C.Səfərova Zərdab rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib və cəza müddəti başa çatdıqdan sonra azad edilib(aznews).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600