!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Oksana: “Kiməsə görə, damarımı doğramaram”

!Reklam – Yazi

Rəqqasə-aktrisa Oksana Rəsulova “Lal yuxu” serialındakı obrazının fiziki imkanları məhdud olan insanlar tərəfindən maraqla qarşılandığını deyib.

Yenicag.az-a açıqlama verən Oksana həmin insanların valideynlərinin ona müraciət etdiklərini bildirib:

““Lal yuxu” serialında canlandırdığım Aylin obrazı lal-kardır. Bu serialdan sonra fiziki imkanları məhdud olan gənclərin valideynlərindən saysız-hesabsız müraciətlər aldım. Hamısı deyir ki, uşaqlarımız bu seriala maraqla baxır, serialda yaratdığınız obraz onları ruhlandırır, cəmiyyətə adaptasiya olunmasına yardımçı olur. Daha onlar hər yerdə barmaqla göstəriləcəklərindən, daş-qalaq olunacaqlarından ehtiyat etmirlər. Sosial şəbəkədə də mənə həddən artıq çox yazırlar. Hamı mənə dəstək olmağa çalışır, mənə təsəlli verir. Görünür obrazı təbii oynamağımın nəticəsidir ki, onlar mənim doğrudan da lal-kar olduğumu düşünürlər və yardımçı olurlar”.

Oksana Aylin obrazı ilə oxşar cəhətlərindən də danışıb:

“Obrazım bütünlüklə özümə bənzəməsə də, aramızda oxşar cəhətlər var. Aylin də mənim kimi ədalətli və məqsədinə doğru gedən qızdır. Amma gördüyünüz kimi serialda damarlarını doğrayır. Mən heç vaxt Aylin kimi kiməsə görə damarımı doğramaram və heç bir qadına da onun hərəkətini təkrarlamağı tövsiyə etmirəm”.

Cəvahir

COP29

www.yenicag.az

2219
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv