Ölənlərin sayı 876 nəfərə çatıb
Bu gün Nepalda baş vermiş güclü zəlzələ zamanı ölənlərin sayı 876 nəfərə çatıb.
Nepal hakimiyyəti ölkələrə humanitar yardımla bağlı müraciət edib.
Zəlzələnin episentri paytaxt Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə və 7,9 bal gücündə olub.