Ölkələrarası əməkdaşlıq genişləndirilir

media-hightechnic-468x90

Azerbaijan_Poland_flags_261112Azərbaycan və Polşa hökumətləri iqtisadi sahədə əməkdaşlığın yeni istiqamətlərini nəzərdən keçirəcəklər.

Polşanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, danışıqlar iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökumətlərarası komissiyasının dekabrın 15-də Bakıda keçiriləcək VII iclası çərçivəsində keçiriləcək.

İclasda iştirak etmək üçün Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinksinin başçılıq etdiyi hökumət nümayəndə heyəti Azərbaycana səfər edəcək.

İclasda qarşılıqlı əmtəə dövriyyəsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır. Polşa tərəfi, həmçinin Azərbaycana Polşa investisiyalarının yatırılması məsələsini müzakirə etmək niyyətindədir.

Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Natiq Əliyev, Polşa tərəfdən isə Y.Pexoçinskidir.

İki ölkənin sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi üçün perspektiv sahələr aqrar sektoru, ərzaq məhsulları istehsalı və b. ola bilər.

(trend.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600