“Etil spirtinin qəbulundan sonra qısa vaxt ərzində müdaxilə edilməzsə, bu, 80-85% ölümlə nəticələnir”.
Bunu Qaynarinfo-ya açıqlamasında baş taksikoloq Azər Maqsudov etil spirtindən qəbulundan sonra zəhərlənmənin səbəblərini açıqlayarkən deyib.
Həkimin sözlərinə görə, bu spirtin qəbulundan sonra beyin, ürək, qaraciyər və böyrək qısa zamanda sıradan çıxır:
“Bu məhlul çox toksikli maddədir. Onlar aptekdə satılır, amma üstünə yazılır ki, daxilə qəbul qadağandır. Onu daxilə qəbul edən anda zəhərlənmə verir. Bu, ancaq dərinin üstünü dezinfeksiya məqsədi ilə satılır. Buna baxmayaraq, insanlar onu qəbul edirlər. Ucuzdur, bu səbəbdən alıb içirlər”.
Qeyd edək ki 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Onların ölümünə səbəb etil (texniki) spirtindən zəhərlənməsi qeyd edilib.
www.yenicag.az