“Barbie”yə oxşamaq üçün ölümü gözə alan Amanda Aholanın əməliyyatdan öncəki görüntüləri yayılıb.
Yenicag.az xəbər verir ki, Finlandiyanın Jivaskila şəhərində yaşayan Amanda Ahola “Barbie”yə oxşamaq üçün külli miqdarda pul xərcləyib.
21 yaşlı gənc qadın insanların onu “Barbie” çağıranda çox xoşbəxt olduğunu bildirib.
16 yaşından “Barbie”yə bənzəmək üçün planlar quran Ahola ilk dəfə 18 yaşından plastik əməliyyat keçirib, sinəsini və dodaqlarını böyütdürüb.
O, əməliyyat olunmağa görə lazım olan pulu yığmaq üçün hətta xadimə də işləyib.
Amanda Ahola sonuncu əməliyyatda ölümdən döndüyünü bildirib: “Son əməliyyatda sinəmi böyüdürdüm. Ölümlə üz-üzə gəldim. Baş verən problemlər səbəbindən beynimdə şiş əmələ gəldi. Anam deyir ki, 1 gün onları da tanımamışam”.
Amma Amanda baş verənlərə görə peşman olmadığını da edib.
www.yenicag.az