!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Onlar artıq əfsanədir: Bu avtomobillərin istehsalı dayandırılıb - SİYAHI/FOTO

!Reklam – Yazi

Bu gün əlində müəyyən məbləğ pulu olan şəxs avtomobil ala bilər. Kifayət qədər markalar var. Amma elə brendlər var ki, onlar artıq istehsal edilmir və tarixə qovuşublar.

Yenicag.az bu gün istehsal edilməyən əfsanəvi avtomobilləri təqdim edir.

Horch

“Horch” konserni 1899-cu ildə qurulub. Bu şirkət premium sinfinə aid avtomobillər istehsal edib. Mütəxəssislər qeyri-adi dizaynlar, salonlar və güclü mühərriklər istehsal ediblər. “Horch 853 Voll & Ruhrbeck Sport Cabriolet” modeli cəmi bir nüsxə istehsal edilib və avtomobil kolleksionerlərinin ən çox xoşladığı modellərdəndir. İkinci dünya müharibəsi başa çatdıqdan sonra konsern yük maşınları istehsal etməyə başladı. Sonra isə bir sıra səbəblərdən bağlandı.

DeLorean Motor Company

Mövcud olduğu illər ərzində cəmi bir model istehsal edib. Bu superkar əla idi və texniki nöqteyi-nəzərdən elə də uğurlu sayılmırdı. Söhbət “DeLorean DMC-12” modelindən gedir. “Gələcəyə getmək üçün geri qayıtmalı” filminin qəhrəmanları məhz bu avtomobildən istifadə ediblər. İlk model 1981-ci ildə istehsal edilib.

Yuxarıda dediyimiz kimi, texniki göstəricilər zəif idi. Məsələn, mühərrik cəmi 130 at gücü hasil edirdi və 100 km/saat sürəti 10.5 saniyəyə yığırdı. Amma qiyməti baha idi. Texniki problemlər səbəbindən 3 il sonra avtomobilin istehsalı dayandırıldı. 3 il ərzində isə cəmi 900 ədəd avtomobil istehsal edilib. Buna baxmayaraq, çox populyar model sayılır.

Saab

Konsern 1945-ci ildə qurulub. Əvvəlcə hərbi təyyarə istehsalı ilə məşğul olub. “Saab” mühəndisləri müəyyən işlərdə ilkə imza atıblar. Məhz onlar ilk dəfə maşın istehsalında turbo gücləndiricidən istifadə ediblər. Bu markanın maşınları ən etibarlı avtomobil sayılırdı.

2000-ci illərin əvvəlində “GM” şirkəti “Saab”ın nəzarət paketini aldı. Məhz bu dövrdən “Saab”ın qar günləri başladı. 2012-ci ildə holdinq müflis olduğu üçün avtomobil bazarını tərk etdi.

De Tomaso

Bu holdinq bazara 1959-cu ildə çıxıb. Onun qurucusu Alexandro de Tomasodur. İlk olaraq şirkət “Formula-1” üçün bolidlər istehsal etməyə başladı. Amma keyfiyyəti zəif olduğu üçün əməkdaşlıq sona çatdı. Bundan sonra De Tomaso avtomobil istehsalı ilə məşğul olmağa başladı. İlk model “Vallelunga” adlandırıldı. Onun dizaynı əla olsa da, keyfiyyəti zəif idi.

Bundan sonra daha bir avtomobil istehsal etmək barədə qərar qəbul edildi. “Mangusta”nın istehsal prosesində məşhur dizayner Corcetto Cucaro iştirak edib. Avtomobil möhtəşəm alınmışdı. Bundan başqa o dövr üçün ən əla komplektasiyaya sahib idi. “Mangusta”nın şüşələri düymə ilə qalxırdı və kondisioneri var idi. 1967-ci il üçün bu sadəcə möhtəşəm idi. Şirkətin növbəti uğurlu layihəsi “Panthera” oldu. Bu maşın 1985-ci ildən istehsal edilib. 6 il sonra isə “De Tomaso” brendi artıq mövcud deyildi./ölkə.az/

COP29

www.yenicag.az

11836
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv