“Onlara vassal lazımdır, müttəfiq yox”
Rusiya prezidenti Vladimir Putin “birbaşa xətt”də rusiyalıların suallarını cavablandırır.
“Müstəqil qəzet”in jurnalistinin Qərblə münasibətlərin normallaşdırılması ilə bağlı verdiyi sualı cavablandırarkən qeyd edib ki, Rusiya Qərblə əməkdaşlıq etmək istəyir, hazırdır və əməkdaşlıq edəcək.
O bildirib ki, Qərblər deqradasiyaya uğramış münasibətləri Rusiya korlamayıb.
“Qərb və ABŞ-la münasibətlərin normallaşmasının əsas şərti Rusiya və onun maraqlarına hörmət etməkdir. Ötən bağlantıda da demişdim ki, bəzi iri super dövlətlər özlərini dünyanın yeganə mərkəzi hesab edirlər. Onlara vassal lazımdır, müttəfiq yox. Mən ABŞ-ı nəzərdə tuturam. Rusiya isə bu münasibətlər sistemində nəinki dəstək verə, hətta mövcud ola bilməz. Biz hər zaman münasibətlərə açığıq. Fakt odur ki, 90-cı illərdə biz tam açıldıq və qarşı tərəfdən də eyni münasibəti gözləyirdik. Yadınızdadırsa, Boris Yeltsin Yuqoslaviya ilə bağlı mövqeyini açıqlayanda, təzyiqlərlə üzləşdi. Bu o demək deyil ki, biz təcrid olunmaq istəyirik, biz əməkdaşlıq etmək istəyirik, hazırıq və əməkdaşlıq edəcəyik”
Putib qeyd edib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar effektsiz olub.
ölkə.az