“Onların faydalı iş əmsalı həddindən artıq aşağıdır”

media-hightechnic-468x90

344ADP sədri Sərdar Cəlaloğlu Azərbaycandakı hərbi akademiyalardakı təhsilin vəziyyətini sərt tənqid edib.

Bununla bağlı  “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri polkovnik Üzeyir Cəfərov S.Cəlaloğlunun bu barədəki əksər fikirləri ilə razılaşdığını bildirdi:

“Mənə elə gəlir ki, hörmətli Sərdar bəyin fikirləri jurnalist dostlarımız tərəfindən düzgün qəbul olunmayıb. Ya da ki, S.Cəlaloğlunun nəzərdə tutduğu hərbi akademiya yox, ali hərbi məktəblərdir. Şəxsən mən daha çox bu qənaətdəyəm. Bütövlükdə isə Sərdar bəyin demək istədiklərini anlayıram və onların xeyli hissəsi ilə tam razıyam. Azərbaycan kiçik ölkədir və burada bu qədər hərbi məktəblərə və akademiyalara heç bir ehtiyac yoxdur. Bundan əlavə, hesab edirəm ki, ADP sədri Sərdar Cəlaloğlunun narahatçılığına əlaqədar qurumlar çox ciddi yanaşmalıdırlar. Burda onun söylədikləri şəxsi istəkdən deyil, dövlətçilik nöqteyi-nəzərdən dilə gətirilən məsələdir. Əgər bu gün mülki ali məktəblərə daxil ola bilməyən və bir çox parametrlərinə görə hərbi sahəyə yaramayan şəxsləri məcburən gətirib zabit və ya gizir etmək, bu “qaş düzəldən yerdə vurub gözü də çıxartmağ”a bənzəyən hal sayılmalıdır. Doğrudan da keçmiş SSRİ zamanında zabit kadrlar yetişdirən məktəblərə daxil olmaq üçün xüsusi hazırlıq və mərhələləri keçmək tələb olunurdu. Və həqiqətən də bu təhsil ocaqlarında yüksək təhsil verilməklə yanaşı əsl zabitlər, sabahın generalları hazırlanırdı. Azərbaycanda isə hər qoşun növünün öz ali hərbi məktəbi və ya akademiyası yaradılıb. Hərbi Məktəbləri hardasa başa düşmək olar, amma bu Akademiyalar məsələsində lap biabırçı bir yanaşma mövcuddur. Xatırlayaq ki. Azərbaycanın ilk müstəqilliyi illərində bir Silahlı Qüvvələr Akademiyası mövcud idi və orada bütün istiqamətlər üzrə zabit və icra strukturlarının rəhbər heyətinin peşə hazırlıqları uğurla həyata keçirilirdi. İndi isə, yerindən duran bir Hərbi Akademiya açıb, amma oranın ölkəmizə faydalı iş əmsalı isə çox və həddindən çox aşağıdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600