!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

OPEC Azərbaycan neftinin 2019-cu il üçün proqnozunu açıqladı

!Reklam – Yazi

2019-cu ildə Azərbaycanda neft hasilatı həcmi ötənilki səviyyədə qalacaq və orta hesabla 0,8 milyon barel/sutka təşkil edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə OPEK-in yanvar hesabatına bildirilib.

Hesabatda qeyd olunur ki, Energetika Nazirliyinin məlumatlarına əsasən Azərbaycanda 2018-ci ildə orta hesabla 792 min barel/sutka neft və kondensat hasil olunub ki, bu da 2017-ci ilin göstəricisindən 2 faiz çoxdur.

İlkin statistik məlumatlara əsasən, 2018-ci ilin dekabrında ölkədə neft hasilatı 27 barel azalaraq 0,71 milyon barel/sutka təşkil edib. Azalmaya səbəb “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda hasilatın müvəqqəti dayandırılması olub.

Hesabatda o da qeyd olunub ki, 2018-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı dəyişməz olaraq – 0,8 milyon barel/sutka həcmində qalıb. 2019-cu ildə də eyni həcmdə hasilat proqnozlaşdırılır:

“Proqnozlara əsasən, 2019-cu ilin birinci yarısında Azərbaycanda maye karbohidrogen hasilatı sutkada 20 min barel azalaraq orta hesabla 0,79 milyon barel/sutka təşkil edəcək. İlin ikinci yarısında isə hasilatın 0,81 milyon barel/sutka təşkil edəcəyi gözlənilir”./Trend/

COP29

www.yenicag.az

1386
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv