“Optika haqqında” qanun layihəsi hazırlanır
Son illər insanlarda göz zəifliyi geniş yayılıb. Görməni yaxşılaşdırmaq üçün eynəklərdən istifadə olunur. Ancaq düzgün seçilməyən, xüsusilə də həkim resepti olmadan alınan eynəklər ciddi fəsadlar yaradır. Ölkəmizdə bu problemin həlli üçün yeni qanun layihəsi hazırlanır.
Həkimin nəinki məsləhət bilmədiyi, heç təsəvvürünə belə gətirmədiyi proses demək olar ki, hər gün baş verir. İnsanlara müayinəsiz, reseptsiz eynək və linza satılır. Bu məsələdə optika mağazaları qədər vətəndaşlar da məsuliyyətsizlik edir. Halbuki, göz müayinəsi kifayət qədər çətin və mürəkkəb prosesdir.
Düzgün seçilməyən eynəklər gözdə yorğunluq, baş ağrısı, görmənin daha zəifləməsinə gətirib çıxarır. Yalnış seçilən və keyfiyyətsiz linzalar isə buynuz qişanın zədələnməsinə və gözə infeksiya düşməsinə səbəb olur.
Problemin həlli üçün Milli Məclisdə “Optika haqqında” qanun layihəsi hazırlanır. Qanuna əsasən, eynəklərin apteklərdə satışına qadağa qoyulacaq. Qanun layihəsinin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir.
(xezerxeber.com)