Orduya 50-dən çox raket veriləcək

media-hightechnic-468x90

6907750-dən çox qitələrarası ballistik raket orduya veriləcək.

Rusiya Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib.

Rusiya prezidenti Vladimir Putin iclasda çıxışı zamanı önəmli açıqlamalar verib. Putin bildirib ki, gələn il 50-dən çox qitələrarası ballistik raket orduya veriləcək.

“Biz milli maraqlarımızı qorumaq üçün tez-tez adekvat olmayan reaksiyalarla qarşılaşırıq. Ancaq biz birlikdə sakit işləməliyik. Ölkənin müdafiə və təhlükəsizliyi ilə bağlı məsələləri daim diqqətdə saxlamalı və gücünüzü artırmalıyıq. 2015-ci ildə 50-dən çox qitələrarası ballistik raket Rusiya Silahlı Qüvvələrinin arsenalına veriləcək. Təsəvvür edin, bu necə gücdür”, deyə Vladimir Purin bildirib.

Qeyd edək ki, dünən ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini imzalayıb. Qərb mətbuatı yazır ki, Rusiyaya yeni sanksiyalara nüvə silahları ilə cavab verə bilər.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600