Ötən ayda 12 min 344 sığorta müqaviləsi bağlanıb

media-hightechnic-468x90

9550Noyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 12,049, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 262, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə isə 33 sığorta müqaviləsi bağlanıb.

Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 999,249 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 23,460 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 17,884 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 2,71 faiz və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 0,38 faiz azalma müşahidə olunub.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 78,07 faizi yaşayış evləri və mənzillər, 0,13 faizi inzibati binalar, 21,80 faizi digər daşınmaz əmlakla bağlı olub.

(gun.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600