Gün ərzində daha çox hərəkət edənlərin erkən ölüm riski, digərilərinə görə daha azdır.
Yenicag.az xəbər verir ki, əgər gününüzün çox hissəsini hərəkətsiz keçirisinizsə, kilolu olma, tip 2 diabet, ürək xəstəliyi, depressiya keçirmə ehtimalınız yüksəkdir. Ümumiyyətlə, uzun müddət oturmaq bir çox xəstəliklərə səbəb ola bilər.
Duruşunuzu dik vəziyyətdə saxladığınız zaman ürək sağlamlığınız daha yaxşı olur. Dik və düzgün duruşunuzda bağırsağınız daha yaxşı işləyər. Fiziki olaraq hərəkətdə olduğunuz zaman enerjiniz artar, sümüklərinizin və əzələlərinizin funksiyasını qoruyar. Uzun müddət hərəkətsiz qalmaq, oturmaq əzələlərinizin zəifləməsinə və funksiyalarını itirməsinə səbəb olar. Ayaq əzələləriniz zəifdirsə, əlillik riskiniz yüksəkdir.
İdman etmək yediyiniz yağları və şəkərləri məhv etməyə kömək edər. Hərəkətsiz bir şəkildə stulda və ya kresloda çox zaman keçirirsinizsə, həzm sisteminizdə yavaşlama, pozulma müşahidə edəcəksiniz.
Son aparılan araşdırmaya görə, uzun müddət oturmağın yaratdığı problemlərə qarşı gündə 60-75 dəqiqə orta şiddətdə idmana ehtiyacınız var.
Uzun müddət oturmaq və hərəkətsiz qalmaq kürək əzələlərinizə də zərər verər, gücsüzləşməsinə səbəb olar. Gününüzün böyük hissəsini oturaraq keçirdiyinizdə, üstəlik səhv bir duruşla oturursunuzsa, bu kürəyinizdə ağrılara və pozuntulara yol açar.
Çox oturan insanlarda depressiya riski yüksəkdir. Bir araşdırma, həftədə 23 saatdan çox televizor qarşısında zaman keçirən kişilərin, həftədə 11 saat televiziya izləyənlərə nisbətən ürək-damar xəstəliklərindən ölmə riski yüksəkdir. Bəzi araşdırmalar isə uzun müddət oturan insanların infarkt keçirmə riskinin daha yüksək olduğunu göstərir.
Eyni zamanda, hərəkətsiz qalan insanların diabet olma riski də çoxdur.
MƏSLƏHƏTLƏR:
• Gəzintiyə çıxın, velosiped sürün.
• Avtobusdan iki dayanacaq əvvəldə düşün və gəzin.
• Liftdən istifadəni həyatınızdan çıxardın və pilləkanlardan istifadə edin.
• Avtomobilinizi getdiyiniz hər yerdən daha uzağa park edin və yolun geri qalan hissəsini gəzin.
• Sizə ən uyğun idmanı tapın və hərəkət etməyə başlayın.
/medicina.az/
www.yenicag.az