Oxot dənizində qeyb olan 4 azərbaycanlı-Video

media-hightechnic-468x90

87354Rusiya Federasiyasında bu səhər uzaq şərq sahillərindən Oxot dənizində göyərtəsində 132 nəfər olan balıqçı gəmisi batıb. “Dalniy Vostok” adlı gəminin batması nəticəsində 50-dən çox insan həlak olub.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, beynəlxalq heyət üzvləri arasında 8 azərbaycanlı da olub. Hələlik onlardan yalnız 4-nü xilas etmək mümkün olub.

Hazırda Oxot dənizində “Dalniy Vastok” adlı böyük balıqçı gəmisinin batdığı yerdə xilasetmə işləri davam etdirilir. Teperaturun 0 dərəcədə olmasına baxmayaraq axtarışlara 1500 nəfərdən çox xilasedici cəlb edilib. Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov söyləyib ki, axtarışlar gecə saatlarında da davam etdiriləcək:

“Hadisə yerində 26 gəmi, aviasiya və 1500 nəfər xilasedici işləyir. Artıq həmin ərazidə gecədir. Buna baxmayaraq, əməliyyat dayandırılmayacaq və xilasetmə və axtarış işlərinin əhatə dairəsi genişləndiriləcək”.

İlkin məlumata əsasən, gəmidə olanlardan 63 nəfəri xilas edilib. Onlardan 7-nin vəziyyəti ağırdır. Rusiyanın kütləvi informasiya vasitələrindəki siyahıda 7 nəfərin soyadından azərbaycanlı olduqları hesab edilənlər var. Onlardan artıq 4 nəfər xilas olunub.

Qəzanın hansı səbəblərdən baş verdiyi barədə rəsmi məlumat verilməsə də, Rusiya mətbuatı əsas versiya kimi kapitanın səhvini nəzərdən keçirir. “Dalniy Vastok” böyük balıqçı gəmisinin batması ilə bağlı “Təhlükəsizlik qaydalarına riayət etməmə” maddəsilə cinayət işi açılıb.

Gəminin məxsus olduğu şirkətdə yoxlama aparılır. Yaxın vaxtlarda müstəntiqlər sağ qalan dənizçiləri sorğu-sual etməyə başlayacaqlar.

Maqadan şəhərindən 300 km-r aralıda batan gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu məlumatı yayılıb. Onlardan 117-si sudan çıxarılıb. Ölənlərin sayı 56 nəfərə çatıb. 15 balıqçının taleyi barədə hələlik heç bir məlumat yoxdur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600