Futbol üzrə Uruqvay çempionatında maraqlı hadisə baş verib.
Yenicag.az xəbər verir ki, “Proqreso” – “Penyarol” matçında (0:1) baş hakimin formasının rəngi ilə qonaqların qapıçısı Kevin Dausonun formasının rəngi eyni olub.
Belə olan halda referi qolkiperdən formasını dəyişdirməyi tələb edib. Lakin klubda həmin vaxt başqa forma olmayıb. “Penyarol” bundan çıxış yolu kimi fərqli rəngdə qapıçı forması geyinən azarkeşə müraciət edib. Qapıçı tərəfdarın formasını geyindikdən sonra oyun qaldığı yerdən davam etdirilib.
www.yenicag.az