Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Özbəkistanı Avrasiya İttifaqına yönəldən SƏBƏB: Putin Mirziyoyevə nə vəd edib? - ŞƏRH

Reklam: High Technic

“Ola bilsin, Putin həmkarını inandırıb ki, Özbəkistanın bu quruma daxil olması Daşkənd üçün də faydalı ola bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Özbəkitanın Avrasiya İqtiadi Birliyinə (AİB) müşahidəçi qismində daxil olmasının səbəblərini dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun fikrincə, Özbəkistanın gələcəkdə sözügedən quruma tam səlahiyyətli üzv olacağı haqda indidən qəti fikir bildirmək çətindir:

“Özbəkistan Mərkəzi Asiyada bəlkə də yeganə ölkədir ki, Rusiya ilə münasibətlərdə balansı qoruyur. Məsələn, Qazaxıstan və Qırğızıstan birbaşa Rusiya ilə yaxınlaşma siyasəti yürüdürlər. Onlar həm Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatına üzvdürlər, həm də Avrasiya İqtisadi Birliyinin.

Amma Özbəkistan Rusiyadan müəyyən məsafə saxlayır. Özbəkistan vaxtilə Qərbin marağında olan GUAM-a (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) da üzv olmuşdu. Sonra İslam Kərimov bu təşkilatdan çıxdı.

Özbəkistanın kifayət qədər resursları var. Bu da bir faktdır ki, son vaxtlar Özbəkistanın yeni lideri Şavkat Mirziyoyev ilə Putin arasında çox sıx dialoq yaranıb. Ola bilsin, Putin həmkarını inandırıb ki, Özbəkistanın bu quruma daxil olması Daşkənd üçün də faydalı ola bilər.

Bildiyim qədər, Özbəkistan bu böyük bazardan faydalanmaq istəyir. Özbəkistan bu təşkilata hələlik müşahidəçi qismində qatılıb. Bu, o demək deyil ki, mütləq oraya üzv olacaq.

Burada bir detala da diqqət yetirmək lazım gəlir. Əgər Putin Özbəkistan liderindən ölkəsinin bu təşkilata müşahidəçi qismində qatılmasını xahiş edibsə, Mirziyoyevin Putinə “yox” deməsi gələcək münasibətlərə mənfi təsir edə bilərdi.

Digər tərəfdən, məlumdur ki, Avrasiya İqtisadi Birliyi çevik bir quruma çevrilmədi. Təsəvvür edin, Qazaxıstan və Rusiya bu quruma üzvdürlər, ancaq son günlər müşahidə edirik ki, nə qədər rusiyalı deputat Qazaxıstanın əleyhinə açıqlamalar verir. Bu, necə bir ittifaq və birlikdir ki, bir dövlət digər üzv dövlətə qarşı ərazi iddiası irəli sürür?”

Aqil Bəkir

www.yenicag.az

223