Pakistanda ardıcıl partlayışlar: 37 nəfər həlak olub - FOTO

media-hightechnic-468x90

Pakistanın şimal-qərbindəki bazarda iki baş verdi.

Yenicag.az-ın məlumatına görə, bu barədə “Agency France Presse” xəbər verib.

Məlumata görə, partlayış nəticəsində 37 nəfər həlak olub, 150-dən çox insan xəsarət alıb.

Partlayışların Paraçinar şəhərindəki ticarət mərkəzində, yerli sakinlərin Ramazan ayının başa çatması ilə əlaqədar alış-veriş etdikləri zaman törədildiyi bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında isə Kvetta şəhərində, Bəlucistan əyalətinin polis idarəsinin yaxınlığında törədilən partlayış nəticəsində 11 nəfər ölüb.

Terror aktlarına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600