“Paris terrorunu İsrail təşkil edib”

media-hightechnic-468x90

img1732313“10 min fransalı yəhudi köçməyə hazırlaşır”

Yenicag.az müsavat-a istinadən bildirir ki, Fələstində keçirilmiş sorğunun nəticələrini açıqlayıb. Sorğuda 6.090 adam iştirak edib. Onlardan 5.142 nəfəri və ya 84.4 faizi Parisdə 17 nəfərin ölümünə səbəb olmuş son terror hadisələrinin İsrail kəşfiyyatı tərəfindən təşkil olunmasını mümkün hesab edir. Sorğuya qatılanların yalnız 8.7 faizi düşünür ki, həmin terror Avropada islam fundamentalizminin güclənməsindən irəli gəlir.

Fələstin mediası dönə-dönə bir fikri vurğulayıb ki, Paris terrorunun arxasında İsrailin baş naziri Benyamin Netanyahu və Mossad dayanır. Fələstinli jurnalist deyib ki, bu aktın arxasında İsrailin demoqrafik maraqları dayanır. Belə ki, artıq 10 min fransalı yəhudi İsrailə köçmək haqqında düşünür.

Fələsin mediası yazır ki, Parisdə baş verən terrordan yalnız İsrail qazandı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600