!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Parlament seçkiləri seçici fəallığı və şəffaf şəkildə keçirilir”

!Reklam – Yazi

1 sentyabr 2024-cü il tarixində Azərbaycanda keçirilən parlament seçkiləri ölkənin suverenliyini bərpa etməsindən sonra baş tutan ilk seçkilər kimi xüsusi önəm daşıyır. Bu seçkilər həm də demokratik proseslərin möhkəmləndirilməsi və ölkədə şəffaf seçki ənənəsinin inkişafı baxımından əhəmiyyətlidir.

Seçkilərdə Azərbaycanın bütün bölgələrindən seçicilər fəal iştirak edərək, yeni parlamentin formalaşmasında öz iradələrini ifadə edirlər. Bundan əlavə, dövlətimiz də prosesin şəffaf və ədalətli keçirilməsini təmin etmək üçün ciddi tədbirlər görmüşdür. Seçki məntəqələrində müşahidə kameralarının quraşdırılması, həm yerli, həm də beynəlxalq müşahidəçilərin geniş iştirakı seçkilərin obyektivliyinə təminat yaradır.

Bu tədbirlər Azərbaycanın beynəlxalq standartlara uyğun seçki keçirmək əzmini və demokratik inkişaf yolunda atdığı addımları nümayiş etdirir. 1 sentyabr parlament seçkiləri Azərbaycanın gələcək siyasi inkişafını və demokratik proseslərə olan inamını möhkəmləndirən mühüm bir hadisə kimi yadda qalacaq.

Yenicag.az-la söhbətində namizədliyi Ədalət, Hüquq və Demokratiya (ƏHD) tərəfindən 11 saylı Binəqədi-Qaradaş seçki dairəsindən verilən Əli Zülfüqaroğlu da builki seçkilərin əhəmiyyətindən söz açıb.

“Bizim müşahidəçilərimizdən ciddi qanun pozuntuları barədə heç bir məlumat daxil olmayıb. Səsvermə sabit və sakit şəraitdə keçir”, – deyə o, bildirib.

Rafi Müslümov

COP29

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv