“PAŞA Holdinq”ə yeni direktor təyin edildi

“PAŞA Holdinq” MMC-yə yeni direktor təyin edilib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu, Cəlal Qasımovdur.

O, indiyə qədər şirkətlər qrupunun direktor müavini olub və yeni vəzifəsində Mircamal Paşayevi əvəz edib.

Xatırladaq ki, “PAŞA Holdinq” 2006-cı ildə yaradılıb. Holdinq iqtisadiyyatın maliyyə, tikinti və turizm sektorlarında bir sıra müəssisələrə malikdir.