Paşinyan onlara SAVAŞ AÇDI: Baş nazirin ŞOK HƏMLƏSİ KİMƏDİR?
“Ermənistan Baş naziri Nikol Paşinyan bu yaxınlarda kilsədən sonra diaspora və lobbinin fəaliyyətini sərt tənqid etmişdi. Bir sözlə, onlara yeni savaş açıb”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi ekspert Əhəd Məmmədli deyib.
O bildirib ki, Paşinyan hazırda kilsə ilə mübarizədə üstünlük qazanıb:
“Baş nazir parlament seçkilərinə az qalmış bütün bunları nəzərə alaraq mübarizə aparır. O anlayır ki, hökumətə qarşı olan güclər kimlərdir. Ona görə də razılaşma olmadığı üçün hücum taktikasını seçib. Kilsə ilə “körpülər yanıb”. Onlar Baş nazirlə razılaşmaya getmədilər. Paşinyan diasporanın Rusiya qolu ilə də bu yolu seçib. Hazırda Ermənistan liderinin diaspora və digər qüvvələrlə mübarizə aparmaq gücü var. Qeyd etmək lazımdır ki, ABŞ və Fransada fəaliyyət göstərən erməni diasporu yerləşdikləri ölkələrdə hakimiyyətə təsir edə bilir. Həmin dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqədədirlər. Ona görə də Paşinyan diasporanı razı salmağa çalışır ki, həmin qüvvələri arxasına ala bilsin”.
Ekspert əlavə edib ki, Paşinyanın ABŞ və Fransa səfərinin arxasında həm də diaspora ilə bağlı məsələlər dayana bilər:
“Baş nazir elə təəssürat yaratmaq istəyir ki, o, ölkə daxilində Rusiya ilə döyüşür. Dediyim kimi, Paşinyan sadəcə görüntü yaradır. Məqsəd Qərb və digər ölkələrin dəstəyini almaqdır. O düşünür ki, ən azı dəstək olmasalar belə, seçkiyə müdaxilə etməsinlər. Düşünmürəm ki, Paşinyan qılıncını açıb döyüşür. Azərbaycanda da buna inanan şəxslər var. Amma deyərdim ki, hazırda Baş nazir ölkəsi üçün doğru siyasət aparır. Ən azı Azərbaycanla münasibətlər normallaşıb, sülh sazişi paraflanıb. Bu da onun göstəricisidir”.
Məlik Məlikov