!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyandan ziddiyyətli fikirlər – Baş nazir Rusiyanın vasitəçilik təkliflərindən necə yayınır?

!Reklam – Yazi

“Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat konfransında müəyyən ziddiyyətli fikirlərlə yanaşı, pozitiv fikirlərə də rast gəldik”.

Bu sözləri Yenicag.az-az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

O, Ermənistan baş naziri Nikol Paşinyanın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə sərhəddə təkbətək görüşmək istəməsindən, habelə ikitərəfli əlaqələrin qurulması ilə bağlı səsləndirdiyi bəyanatlardan söz açıb.

O. Qasımova görə, ziddiyyətli fikirlər Azərbaycan Konstitusiyası ilə bağlı olan məsələlər idi:

“Eləcə də digər məsələlər də orada öz əksini tapmışdı ki, bunlar Azərbaycanın silah-sursat alması ilə bağlı idi ki, bu fikirlər də yalan və təhrif üzərinə qurulmuşdu”.

“O ki qaldı sülh müqaviləsinə ilə əlaqədar olan məsələyə, təbii ki, Paşinyan bu açıqlaması pozitiv qiymətləndirilməlidir. Eyni zamanda, nəzərə almaq da lazımdır ki, Paşinyanın səsləndirdiyi bu təklif təxminən ay yarım öncə Azərbaycan Prezidenti tərəfindən deyilmişdi. O zaman Prezident İlham Əliyev bəyan etmişdi ki, tərəflər bu ana qədər razılaşdırılmış əsas məsələlər üzrə anlaşma əldə edərək bir çərçivə sənədi imzalasınlar, onu tarazlasınlar, ardınca isə geniş və hərtərəfli sülh müqaviləsi üzərində iş davam etdirilsin. Həmin müddətdə də Ermənistan konstitusiyasında dəyişikliklər edilərək yekun sülh müqaviləsi imzalansın”, – siyasi şərhçi söyləyib.

Politoloqun sözlərinə görə, bu baxımdan, belə bir çərçivə sənədinin imzalanma ehtimalı, əgər İrəvan hazırdırsa, indiki perspektivdə çox yüksəkdir və bu saziş COP29-a qədər imzalana bilər:

“Çünki burada yalnız Ermənistan deyil, eləcə də Ermənistanın arxasında duran qüvvələr, o cümlədən ABŞ bu məsələdə maraqlıdır. Çünki Azərbaycanla Ermənistan arasında yekun olmasa da, çərçivə sənədinin imzalanması Bayden administrasiyası üçün seçkilərdə istifadə edə biləcəyi əsas tezislərdən biridir”.

“Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın sərhəddə görüşünə gəldikdə isə bu da nəzəri baxımdan mümkündür. Çünki Paşinyanın da hazırda dəstəklədiyi ikitərəfli format Azərbaycan tərəfindən keçən ilin oktyabrında irəli sürülüb və Ermənistan da bunu qəbul edib. Amma biz əksər hallarda Paşinyanın bəyanatları ilə əməlləri arasında ziddiyyətləri müşahidə edirik. Yəni Azərbaycan Prezidenti ilə ikilikdə görüşməyə hazır olduğunu söyləyən şəxs iyulun 20-də Londonda bu görüşdən yayındı”, – o, əlavə edib.

“Düşünürəm ki, Paşinyanın ikitərəfli format və Prezident İlham Əliyevlə sərhəddə görüşməsi ilə bağlı səsləndirdiyi bəyanatlar daha çox Vladimir Putinlə telefon danışığı zamanı Rusiyanın vasitəçilik təkliflərindən yayınmaq üçün istifadə etdiyi tezislərdir. Eyni zamanda, son dövrlər Azərbaycana qarşı ciddi şəkildə əks-təbliğat və təzyiq kampaniyası aparılır. Paşinyan həm də özünü beynəlxalq ictimai rəydə konstruktiv tərəf olaraq da göstərmək üçün məhz belə bir təkliflə çıxış edib”, – fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv