!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın Bakıya mesajının şifrəsi çözüldü: 17-13=4 nə deməkdir?

!Reklam – Yazi

“Ermənistanın Baş naziri Nikol Paşinyanın “Azərbaycanla sülh müqaviləsinin yekun variantında 17 maddədən 13-ü razılaşdırılıb və biz razılaşdırılmış bəndlər əsasında sülh müqaviləsi imzalayaq” sözləri o deməkdir ki, Ermənistan Konstitusiyasının Azərbaycana qarşı ərazi iddiasını əks etdirən bənd razılaşdırılmayan məsələlər içərisində yer alıb”.

Yenicag.az xəbər verir ki,bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat konfransında səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Paşinyan dəyişikliyi zəruri saysa da, gələcəkdə həll etməyə üstünlük verir: vakansiyalar

“Halbuki Azərbaycan Prezidenti İlham Əliyev konstitusiya dəyişikliyini sülh sazişinin imzalanması üçün əsas şərt kimi irəli sürüb və bu mövqedə dəyişiklik yoxdur.

Paşinyan İlham Əliyevlə sərhəddə görüşüb danışıqlar aparmaq istədiyini vurğulayıb. O, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Bakı ilə birbaşa danışıqlara üstünlük verdiyini bildirib. Paşinyan Putinin xətrinə dəyməmək üçün çoxtərəfli danışıqlar formatını da nəzərdən keçirə biləcəklərini söyləyib. Rəsmi Bakı birbaşa danışıqların əleyhinə deyil, bu məsələdə konsensus var”.

Politoloq vurğulayıb ki, Paşinyan ermənilərin Qarabağa qaydışının mümkün olmadığını da deyib:

“Baş nazir haqlıdır. Ermənilər Qarabağa qayıtmaq üçün Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Bunu isə istəmirlər. Demək, geri qayıda bilməyəcəklər. Nikol Paşinyanın bir maraqlı açıqlaması da Ruben Vardanyan haqqında olub: “Vardanyan Rusiya vətəndaşlığından imtina etdi. Kim onu Ermənistana və Qarabağa göndərdi? Hansı zəmanətlərlə göndərilmişdi? Niyə onu göndərən sonda dedi ki, onu çox yaxşı tanımır və onun ölkəsinin vətəndaşı deyil?”

Paşinyan bu cümləsi ilə ona işarə edib ki, Ruben Vardanyanı Qarabağa Moskva göndərsə də, sonra ona sahib çıxmayıb. Bunun səbəbi də bəllidir. Rusiyada milyardlara sahib olan və şirkətlərini idarə edən Ruben Vardanyanın Qarabağa qəfil gəlişinin Moskvanın planı olduğunu biz də bilirdik. Ancaq Vardanyan milyardlarını Qərb sanksiyalarından qorumaq üçün Rusiya vətəndaşlığından imtina etdikdə Kreml ondan üz döndərdi. Bu səbəbə görə Kreml Vardanyana sahib çıxmadı. Bunu Paşinyan da bilir”./Globalinfo

COP29

www.yenicag.az

144
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv