Bakıda partlayış baş verib: 2 nəfər xəsarət alıb - VİDEO

media-hightechnic-468x90

Xətai rayonunda partlayış hadisəsi baş verib.

Yenicag.Az xəbər verir ki, hadisə Səməd bəy Mehmandarov küçəsi 122-128 ünvanında yerləşən 9 mərtəbəli binanın qarşısındakı qeydə alınıb. Binanın qarşısında yerləşən otluq sahədə yanğın başlayıb. Binanın birinci mərtəbəsində yaşayan Yüzbəyov Səid Rəşid oğlu və Həsənova Mehriban Kamal qızı yanğını söndürməyə çalışıblar. Bu zaman istilik xətlərinin keçdiyi hissədə naməlum səbəbdən partlayış baş verib. Nəticədə hər iki şəxs xəsarət alıb. Onlar 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar, vəziyyətləri ağırdır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Partlayışın səbəbləri və mənbəyinin dəqiqləşdirilməsi üçüm araşdırmalara başlanılıb.

https://www.facebook.com/yenicagaztv/videos/467768393585865/

Yenicag.Az

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa