Pedronun səfəri təxirə salındı

media-hightechnic-468x90

img1459834Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramuntun Bakıya planlaşdırılan səfəri təxirə salınıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə AŞPA-nın rəsmi “Twitter” səhifəsində məlumat yer alıb.

“AŞPA həmməruzəçisi Pedro Aqramuntun aprelin 8-9-da Bakıya planlaşdırılan səfəri gözlənilməz hadisə üzündən təxirə salınıb”,- deyə məlumatda bildirilir.

Xatırladaq ki, P. Aqramuntun səfəri AŞPA-nın İnsan haqları və hüquqi məsələlər üzrə Komitəsi adından hazırlayacağı “Azərbaycanın Avropa Şurasındakı sədrliyi: İnsan hüquqlarının qorunması sahəsində nə kimi tədbirlər görülməlidir?” adlı hesabatla əlaqədar idi. Səfər zamanı P. Aqramuntun ədliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri, Prezident Administrasiyasının rəhbərliyi və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılırdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600