Peşmərgə qüvvələri Şengal bölgəsini geri alıb-Video
Bildirilir ki, İŞİD döyüşçüləri ilə mübarizdə Peşmərgə qüvvələri, Mosul şəhəri yaxınlığındakı kürdlərin “Şengal” adlandırdığı Sincar bölgəsini ələ keçirməyi bacarıb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, üç gündür ki, tərəflər arasında silahlı atışma davam edir. Döyüş Peşmərgə qüvvələrinin üstünlüyü şəraitində keçir və sözügüdən qüvvələr Şengal bölgəsinin mərkəzinə daxil ola biliblər.
Bildirilir ki, çox sayda İŞİD döyüşçüsü Mosula sığınıb. “Koalisiya qüvvələri də İŞİD-lə mübarizədə bizə yardımçı olub” –deyə Peşmərgə qüvvələrinin komadiri Sefin Şingali bildirib. Komandir sona qədər mübarizə aparacaqlarını vurğulayıb.
Bundan əlavə, Şengal dağında İŞİD döyüşçüləri tərəfindən qətlə yetirilən yezidi kürdlərinə aid toplu insan cəsədləri tapılıb. Qeyd edək ki, insan cəsədlərini bölgədə əməliyyat aparan zaman ABŞ əsgərləri aşkar ediblər. 50-yə yaxın cəsədin olduğu məlumdur.