Bakıda 34 yaşlı kişi yaşadığı evin eyvanından yıxılaraq ağır xəsarət alıb.
Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Məmmədhüseyn Şəhriyar küçəsi 3 ünvanında qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Məmmədov Zaur Rafiq oğlu yaşadığı evin eyvanında peyk antenasını düzəldən zaman ehtiyatsızlıqdan 3-cü mərtəbədən yıxılıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və sol topuğun sınığı diaqnozu qoyulub. Hazırda müalicəsi həkim nəzarətində davam etdirilir./Report/
www.yenicag.az