Pişiklərin necə əhliləşdirildiyi üzə çıxdı

media-hightechnic-468x90

Yeni aparılan iki elmi araşdırma pişiklərin insanlar tərəfindən ilk dəfə Antik Misirdə əhliləşdirildiyini üzə çıxarıb.

Yenicag.az xəbər verir ki, tədqiqatçıların fikrincə, Bastet ilahəsinin şərəfinə təşkil olunan kütləvi qurban ayinləri zamanı pişiklər önəmli rol oynayıb və bu onların ev heyvanına çevrilməsinin əsasını qoyub.

Əvvəllər Kiprdə tapılan 9 min 500 illik insan və pişik qalıqları əhliləşdirmənin bu adada başladığı qənaətini yaratmışdı. Lakin son DNT analizləri həmin heyvanın, əslində, Avropa vəhşi pişiyi olduğunu üzə çıxarıb.

Alimlər qeyd edirlər ki, bu nəticələr ev pişiklərinin Neolit dövrü fermerləri ilə Avropaya yayılması fikrini təkzib edir və diqqəti yenidən Misirə yönəldir. Məlum olub ki, qədim Misirdə Bastetə həsr olunmuş məbədlər əkin sahələri yaxınlığında yerləşib və buradakı vəhşi pişiklər həm qida zəncirində, həm də dini baxımdan insanlarla qaynayıb-qarışıb.

Tədqiqatçılar hesab edirlər ki, Bastet kultu pişiklərin ev heyvanına çevrilməsini və yayılmasını sürətləndirib. Onların fikrincə, bu prosesi daha dərindən anlamaq üçün əlavə araşdırmalara ehtiyac var.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600