Piyadalar üçün səki yoxsa avtopark?

media-hightechnic-468x90

1296384427_avtopark-minskaƏrşad Hüseynov: “Piyada səkilərində maşın saxlama sürücü mədəniyyətinin olmamasının göstəricisidir”

Hələ də Bakıda sürücülər avtomobillərini harda gəldi saxlamaqda davam edirlər. Onların qanunsuz olaraq saxladıqları məkanlardan biri də piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdir. Bununla piyadaların normal hərəkətinə də maneə olurlar. Görəsən, niyə sürücülər hələ də qanunsuz məkanlarda, piyada yollarında nəqliyyat vasitələrini saxlamaqda davam edirlər? Yenicag.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, sözügedən problem sürücülərdə yol mədəniyyətinin aşağı səviyyədə olmasından qaynaqlanır: “Sürücülərin avtomobillərini piyadalar üçün nəzərdə tutulan səkilərdə saxlamaları yol hərəkəti qaydalarının elementar, həm də kobud şəkildə pozulmasıdır. Piyadanın yolunu tutmaq artıq ağ etmək hədinə çatmaq deməkdir. Problemin indiyə kimi davam etməsinin səbəbi məsuliyyətin zəif olması, təfəkkür problemi ilə əlaqədardır. Prosesə nəzarət edənlər də bu işdə dərinə gedə bilmədiklərini deyirlər. Ümumən şəhərdə parklanma ilə bağlı problem var. Bu səbəbdən polislər də müəyyən hallarda nöqsanlara göz yumur. Piyada səkilərində maşın saxlama sürücü mədəniyyətinin olmamasının da göstəricisidir. Həmçinin, yol infrastrukturu elə qurulmalıdır ki, parklanma yeri ilə bağlı problem minimuma endirilsin”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600