Piyadanı vuran sürücü həkimləri aldatmaq istəyib

Sabunçu rayonu Zabrat qəsəbəsində yol qəzası baş verib.

Yeniçağ.Az-ın məlumatına görə, yolu keçmək istəyən 46 yaşlı Qasımov Tacib Fəzail oğlunu naməlum avtomobil vurub. Qəzadan sonra avtomobilin sürücüsü yaralını xəstəxanaya gətirib. O, özünü həkimlərə Tacib Hüseynovun qohumu kimi təqdim edərək onun yıxılaraq xəsarət aldığını bildirib. Yaralıya tibbi yardım göstərilən zaman sürücü xəstəxananı tərk edib. Tacib Hüseynovda əvvəlcə sürücünün dediklərini təsdiqləsə də sonra həmin şəxsin onu avtomobillə vurduğunu bildirib.

Hadisə barədə polisə məlumat verilib.

Faktla əlaqədar araşdırmalar aparılır.

Yeniçağ.Az

COP29