Türkiyənin İzmir şəhərində bir qrup gənc “Playboy”un yaradıcısı Hugh Hefner üçün küçədə ehsan verib.
Yenicag.az xəbər verir ki, gənclər sosial şəbəkədə sözügedən aksiyadan fotolar da paylaşıb. Yaxalarında Hugh Hefnerin şəkli olan gənclər ehsan paylamaq üçün kirayəyə maşın da götürüblər.
Küçədən keçən bir vətəndaş Hefneri tanıyıb və hadisə barədə şəxsi hesabında yazıb. Bora Alevok adlı istifadəçi sosial şəbəkədə bunları qeyd edib:
“… Ehsanı götürənlərdən biri “Allah qəbul eləsin” dedi və getdi. Amma bir qəribəlik var idi: gənclər rəngli kostyumlar geyinmişdilər, saçları da səliqəylə daranmışdı. Birdən gözüm gənclərdən birinin yaxasına iynə ilə taxılmış fotoya sataşdı: Hugh Hefner! İçimdə qəhqəhə çəkdim…”
www.yenicag.az