Poçtdan oğurluq edənlər yaxalandı

media-hightechnic-468x90

Robbery_131110_7Zaqatalada “Azərpoçt”un kənd şöbəsindən seyf oğurlayan şəxslər saxlanılıb.
Yenicag.az apa-ya istinadən bildirir ki, Zaqatala RPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-dan 17-ə keçən gecə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin Zaqatala rayon filialının Muxax kənd şöbəsinin inzibati binasının pəncərəsinin dəmir barmaqlıqlarını çıxararaq seyf oğurlayan şəxslərin həmin kəndin sakinləri olması müəyyən olunub.

Keçirilmiş tədbir nəticəsində 1993-cü il təvəllüdlü Fərqan Əsgər oğlu Əliyev, 1992-ci il təvəllüdlü Elnur İlham oğlu Rəcəbov, 1993-cü il təvəllüdlü Samir Fəxrəddin oğlu Əhmədov və 1990-cı il təvəllüdlü Ramin Mahmud oğlu Həsənov tutularaq istintaqa təhvil ediliblər. Həmin şəxslərin oğurladıqları seyf onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala RPŞ-də CM-nin 177.2.1 və 177.2.3 maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600