Polad Bülbüloğlunun anası 2-ci Fəxri Xiyabanda dəfn olunacaq

media-hightechnic-468x90

adelaida esasAzərbaycanın peşəkar vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün Memorial Muzeyinin direktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun anası, 93 yaşlı Adelaida Məmmədova bu gün dəfn olunacaq.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mərhumla vida mərasimi saat 14-də Təzəpir Məscidində keçiriləcək. A.Məmmədova 2-ci Fəxri Xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Adelaida Məmmədova 1977-ci ildə Bülbülün Memorial Muzeyi yaradılarkən onun direktoru təyin edilib(aznews).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa