Polis Bakıda əməliyyat keçirdi

media-hightechnic-468x90

jhjhghghbBakının Səbail rayonu ərazisində narkotik vasitələrlə gəzən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, əməliyyat Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Əməliyyat tədbirləri nəticəsində Tovuz rayon sakini Azər Paşayev, Beyləqan rayon sakini Mehdi Mehdiyev və Biləsuvar rayon sakini Nail Alışov şübhəli şəxs qismində Polis İdarəsinə gətirilib.

Onların üzərinə baxış keçirilərkən A.Paşayevdən 6 qramdan artıq, M.Mehdiyevə məxsus “Mercedes” markalı avtomobildən 5 qramdan artıq marixuana götürülüb. Müəyyən olunub ki, həmin narkotik vasitəni onlara N.Alışov satıb.

Faktla bağlı araşdırma aparılır(anspress).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa